You are viewing [info]idrisheyderli's journal

Previous 10

May. 20th, 2012

Şuşa Danielin evidirmi?

Şuşa bir qala şəhər oldu.
Şuşa tariximizin son qalasıdır. 
Şuşa Daniel peyğəmbərin evidir. Süryani mənbələrində bu şəhərin mənası bu adla tanınır.
Məlik Şahnazarın Pənahəliyə seçdiyi bir kəndin bu adla adlanması təsadüfdürmü?
Şahnazar kim idi?
Onun erməni kimliyi camaat kimliyi idi. Xəmsələr arası savaş bu camaatlar arası savaşdan qaynaqlanırdı. Bu camaatların süryanisi, pavlikyanı, yaqubisi, nestoryanisi mərkəzlərini itirdikdən sonra erməniləşirdi. Əslində isə eçməzdinləşirdi. Erməni kimliyi Anadolu xristian camaatına verilən ad idi. Bu camaatın öndə gedənləri Talmuddan üz çevirən yəhudilər və fars soy savaşında camaatlaşan kahinlər oldu. Onlar baş verənlər içində nə olursa olsun öz mənfətlərini qorumaq istəyi ilə tərəfləşənlər idilər.
İslamın Əməvi varisliyinə sahiblənən Osmanlı Teymurdan sonra paramparça olmuş İsaçıları tacirlər və sənətkarlar olaraq himayəsinə aldı. Xiristianlaşmayan İsaçıların bu imtiyazlar içində dirçəlişi yeni bir camaatlaşmaya təkan oldu. Yəhudi Talmudistlər Məbəd iztirablarını, geridə qalan hissə isə erməniləşməyi seçdı.
Şuşa qədim süryani mənbələrində Daranın məzarı olaraq da keçər.
Şuşa Şapurun qalası olaraq da yazılır.
Şuşa Daniel peyğəmbərin evi kimi isə bir müəmmaya sahibdir.
Bərdə Bərdaysandan başlar.
Bərdaysan Antakiyadan qovulur, Arana sığınır. Aran süryani İsanın mərkəzinə dönür.Bu İsadan 200 il sonra baş verir.
Aran xristianlaşmayan İsanın ardıcılları üçün bir Mərkəzdir Bərdaysandan sonra. 
Bizim bildiyimiz bir Alban yalanı var. Anlamadan "biz albanlar" deyirik. 
Məncə süryani mənbələrinə dönüb Aranı araşdırıb, doğruları tapmaqımız gərəkir.
Şuşa bir qala idi, 
Şuşanı yenidən tarixə qaytardılar, yoxsa Şuşa yeni bir qala idi?
Tarix yalanı sevmir. Yalan zaman içində var olur və itir. Tarix isə qalır.

May. 18th, 2012

Ay Aman!!!

Ay Aman!!!
Bir müğam ifaçısı nədən Aman istəyir?
Niyə Aman deyə deyə bir yanğı söylənilir?
Ay Aman?
Aman nədir?
http://www.nedirnedemek.com/aman_nedir 
Türkiyə türkcəsində və bizim türkcədə eyni anlama gəlir bu ifadə.
Yardım istənilir, bağışlanmaq dilənir, Aman Allah da dilimizin əzbəri.
Xanuka bir yəhudi bayramıdır.
8 gün davam edən bu bayram Aman üzərində qələbənin bayramıdır.
Aman yəhudiləri iki qəbiləyə bölən adamdır. Məbədi dağıdıb, yəhudiləri paramparça edən bu adamla hesablaşma Xanukadır, yenilənmədir.
Biz nədən Amanı unuda bilmədik?
Bu Aman O Amandırmı?
Bilmirəm.
Fars tayfa bilrlikləri ilə yəhudi din camaatının savaşında xam məhsul olan İnsan hələ də doğrularını tapa bilmir.
Ay Aman!!!
http://ru.wikipedia.org/wiki/%D5%E0%ED%F3%EA%E0


May. 15th, 2012

Tayfalarmı, din camaatlarımı?

Coğrafi ərazilərdən aslı olaraq tarixlər yaranır.
Soya bağlı tayfalarla din birlikləri arasında daima bir mücadilə yaşanar. Zaman və tarix bu qarşıdurmanı həll edə bilməyib.
Din camaatları Hind və Orta Doğunun məhsuludur. Bu coğrafiya yalnız din adamı mühəndisliyi ilə məşğuldur. Tayfa birlikləri bu coğrafiyalarda ya itər, ya da dinləşib tərəfləşər.
Zaman zaman türk boyları Orta Doğuya gəldilər və bu ərazilərin yaşam qanunlarına uyğun olaraq din qazandılar. 
İranın dini var idi deyə özünü qoruya bildi. Turan isə tayfa birliklərinə sığındı deyə, paramparça oldu.
Din dedikdə əslində Təlimlərdən söz gedir.
Bu təlimlərin sistemləşməsi üçün isə mütləq bir Mərkəzə ehtiyac olur.
Son yüzilliklərdə dünənə qədər tayfa bilrikləri ilə Mərkəzləşənlər etnik kimlik olaraq tanınmağa başlandılar.Etnik kimliklər və din camaatları arasında münaqişələrin əsası bu qarşıdurmanın yaranması ilə ön plana çıxıdı.
Bu gün bu qarşıdurma son həddindədir.
Sabaha din camaatı ilə getmək, yoxsa etnik kimliklə?

May. 8th, 2012

Onlar erməni idilərmi?

Erməni tarixi xristian yəhudi camaatının tarixidir.
Onlar Sasanilər və Bizans arasında seçim qarşısında qaldıqlarından seçim edə bilməyən tacir və sənətkarlardan ibarət din çamaatıdır.
Hay Sasanidə bir soydur. Suren kimi, Sasan kimi. 7 fars birliyindən biridir.
Bizi azdıran suallar içində "onlar kimdir?" sualına heç zaman doğru cavab tapa bilməyəcəyik. Camaatın etnik kimliyi yoxdur. 
Biz dünya tarixşünaslığının quraşdırdığı yalan metodolojilərin içində "hay" axtarırıq,"erməni" axtarırıq, amma heç "dönmə" camaat axtarmırıq.
Strabonun dini nə idi?
Strabon yazarkən din camaatlarını deyil, nədən soy camaatını yazır?
Eysebius isə din camaatını yazır.
Eysebiusa istinad olunmur, Strabona isə nə qədər istəsəniz istinadlar var.
Strabonun "tarix" kitabını bilmirik,itib yazırlar. Bildiyimiz "coğrafiya"sıdır.
 Kayseryalı Eysebiusun "tarix"inə din kitabı kimi baxırıq.
Tarix yaşanan dərslərdir.
Bu dərslərin kitablaşması siyasətdən qorumaldır özünü. Ona xidmət edən tarix sadəcə beyin kiridir.
Bərdəisan var, Aranda ilk İsa təbliğçilərini yığır ətrafına. Roma da, Parfiya da bu insan mühəndisini sevmir.
 Erməni kimliyinin ilk olaraq tanıyan Osmanlılar.
Bursadan İstanbula gətirdilər Hovakivi. Mərkəz təsis etdilər və imtiyaz verdilər. Rum,yəhudi və erməni mərkəzi istanbullaşdı.
Anadolu İsa təlimi ilə dolu idi.Hər qövmün öz İsası var idi. Rumlar ortodoks olaraq məzhəblərinə sahib çıxdılar. Yəhudilər də məbədləşdılər. Erməni məsələsi müəmmalı qaldı. Hovakim Anadolu İsa təlimində olanların Erməni mərkəzinə bağlanmasını istədi sultandan. Süryanisi,nəsturisi,yaqubisi,pavlikyanı.
.İsadan sonra Mərkəzləşməyə gəlməyən nə qədər İsaçı var idisə ya erməniləşməli, ya da islamlaşmalı idi. Kürdlər nəsturilərlə iç içə yaşayırdılar.
İsanın ilk təbliğçiləri yəhudilər idi. İlk 12 yəhudi və sonrakılar bu qovmün parçalanmasına səbəb oldu. Vormolomey Azərbaycan ərazilərinə gəlir. Faddey də. Dil və mədəniyyətdir onları bu ərazilərə gətirən. Dövlət sistemi olaraq  da fərqlı imperiyalardır o zamanlara görə.Demək ki,bu ərazilərdə onları tanıyacaq və eşidəcək bir kimlik yaşayır. O kimlik araşdırılmalıdır ilk öncə. 
Onlar erməni idilərmi? 

Tarixi Nadir.

Nadir şah oğlünün gözünü çıxardı.
Pənahəlini isə...
Şuşa yox idi o zaman.
Pənahəli Nadir şaha xəyanət etmişdi.
Kim gizləyirdi Pənahəlini?
Qarabağda yeni Mərkəzləşmə başlamışdı. Rus bu mərkəzə söykənib dirçələcədi. Pənahəlinin arzusu Xan olmaq idi. Rusun arzusu bu torpaqlara sahib olmaq.
Məlik Şahnazarın qızılı Pənahəlini ası etdi. Nadir şah "bu satqınlar" çevrəsində öldürüldü. Onun ölümü ilə bitdik.
Şuşa qalalaşdı.
Pənahəli Xan oldu.
Rus istilasının ilk dayağı Xanlaşdıqdan sonra rejionlaşdıq. Və bitirildik.
300 illik bir savaşın Mərkəzi Şuşadır.
Bu savaşı qazanmaq Azərbaycan olmaqdır. 
Şuşa qalasında şəhid qardaşımın qanı var.
Qisas gələcək.
Nadir şahın vəsiyyətlərini bilmədik, Pyoturun vəsiyyətləri isə hələ də varislərinin yaşam qanunudur.
Xan olmaq sevdası hələ də başımızda.
 Xəyanətə görə Oğlunun gözünü çıxaracaq Nadir dərsinə ehtiyacımız var.
Olacaq.
Tarixi Nadir unudulmayıb.

May. 4th, 2012

Cumhuriyyət gələcək.

   Cumhuriyyət gələcək. 
"Tiflis Cənub Qafqazın paytaxtıdır" dedi Mixael.
Tiflisdən gələcək bir Cumhuriyyətə ehtiyacı var İrəvanın və Bakının. Əslində Mixaelin sözünün gizlinlərində bu istək durur. Bu projenin sahibiləri isə Mərkəz olaraq Tiflisi seçdilər yenə.
Rus və İran ayrı bir tərəfdir. Onların da planları var. Onlar da sadəcə pusuda.
Tiflis bir Aran şəhəridir.
Bərdə məhv edildikən sonra Gəncə idi Aranın baş şəhəri.
Gəncə zəlzələdən sonra bitdi. Qapısı aparıldı, şəhər viran edildi, Sonra Tiflis Mərkəz oldu. 
Bu tarixlərdən min il ötür.
Azərbaycan içində bir Aran viranəliyi hələ də bitmir.
"Azərbaycan Qafqaz deyil" dedim. Mübahisələr bitmədi. Aran da Qafqaz deyil.
Nə qədər ki, dəyər Azərbaycandan Qafqazlara getdi, Qafqazlarda barış oldu. Nə qədər ki, Qafqazlardan dəyər gəldi, savaş oldu.
Yeni bir savaşa hazırıqmı?
Yeni Cumhuriyyət savaşımız gəlir.
Bu savaşa hazırıqmı?

May. 3rd, 2012

Kül başına nə demək?

Hər insan düşündüyu qədərdir.
Danışdığı qədərdir.
Rus düşüncəsi əskər olaraq qaldı. Böyümədi. Bizdə bu düşüncənin içində böyüyə bilmədik. 
Əxlaq dediyimiz bir dəyər var ki, bu dəyərsiz toplum sürüdür. 
Hər kəsin sözü var, ağzı var. Sürü isə bir ağıza, bir sözə möhtacdır."Ura" rusun sürü səsidir.
İnsanın eşqə ehtyacı var. Eşq bir insan dəyəridir.Rus eşqi tanımadı, ehtirası bildi. 
Ədalət vicdana sığınar. Vicdan bir dəyərdir. Rusun vicdanı əmrdir. 
Gəldilər və dəyərlərini gətirdilər. Seçim vermədilər. Bir sürü bəslədilər. Yolu, izi bildikləri kimi təyin etdilər.
Son günlər Qərbyönlü, rus yönlü siyası ideoloji bir savaş var içimizdə. Mərkəzimiz hələ də Moskova. Urus azalıb içimizdə, urus başlı özümüz qalır. 
Rus yalanı bilməz, rusun həqiqəti yalan. Yalanı sevmədən yalan yaşamaq bizim də qədərimiz oldu.
Biz və rus arasında son yüzilliklərin müstəmləkə dəyərləri arınmalı, dəyər təməlləri bilinməlidir. Bu çaşbaşlıq arınmayınca "Biz" olmayacağıq.
Qlobal dəyərlər yeni düşüncə ilə evimizdə. Rusun ərazilərimizə, idarəetməmizə, dəyərlərimizə sahib olmağana izn verdik. Evimizə isə buraxmadıq.
Qlobal dəyərlər isə evimizdə.
Savaşımız isə özümüzlə. Dəyərimiz isə...yalan.
Nur başqa bir təzhürdür, atəş başqa.
Sönmüş atəşin külünü başımıza kim səpəcək?

May. 2nd, 2012

Arxa plan

"Azərbaycan" adı ilk dəfə 10 cü yüz ildə ərəb müəlliflərinin yazılarında görünür. 
Xəzər xaqanlığı bitdikdən sonra.
Eramızın 6 yüzilində isə süryani yazılarında "Adurbadaqan" var.
Miladın ilk yüz ilində isə Strabon "Albaniya"dan yazır.
Atrobatan, Midiya,sonra..
Ərazilərin adlanması idarəşiliyə bağlı bir hadisədir. Etnik bir hadisə deyil. Bu günki tarixşünaslığın metodoloji yanlışı məncə budur.Etnik kimlik üzərindən qurulan xronolojilərin mahiyyətində məhz bu yanlşlıq durur.
Alban dedidiyimiz bir etnik kimlik varmı? Yox, məncə.
Aran bir ərazi olaraq tanınan adlandırılmadır. Aranda yaşayanların kimliyi isə... Strabon 26 tayfa sayır. Bizdə xnalığı,buduğu, qrızı,..udini bu tayfaların içinə qoyuruq.
Bir xnalığlığının yaddaşında Strabon zamanı varmı? Yox.
Udində necə? Yox.
Xnalığ müsəlman olaraq şafeyi, udin xristian olaraq süryanı. Xnalığ dağ mədniyyətinin daşıyıcısı, udin İsa ardıcıllarının məzhəb savaşından gizlənən dərə mədəniyyətinin qəlpəsi.
Xnalığın yaddaşında yanlız islam və dağ var. Udinin yaddaşında isə bir din camaatı kimi qorunmaq təzahürləri yaşar.
Dağ və dərə tərs düşər düşüncədə. Dəniz və çol də eləcə. Ərəb çolünü özü ilə gəzdirər. Cənnət bir məkanda da belə çölçüdür.
Dağ adamı harda olursa olsun içində dağ sərtliyini yaşadar.
Dr.Rauf Huseynovla söhbətimiz bu haqda idi.Video formatda yaxın günlərdə yayımlanacaq...

Apr. 29th, 2012

Düşünənlərə güvən.

Mustafa gəldi. Akyol. İlk salamlaşmadan sualları bitmədi. Türkiyə türkcəsi ilə azərbaycan türkcəsi arasında suallar daha da çoxaldı.
İlk gəlişi idi. "Amerika gecesi Baki gündüzü ilə qarışdı" dedi. Yol yorğunluğu gözlərində.
"Tedx Bakıya nece gəldi?"
Tofiq Məlikli çay içirdi bulvarda. Təsadüfə bax bir. 3 ildir ki, görüşmürük. Salamlaşdıq. Mustafanı təqdim edim. "Taha bəyə salamlarımı çatdır". 
Bir TEDxBakı yenə başladı.
İngiliscə.
28 aprel günü.
Köhnə Lenin muzeyində.
"Düşünənlərə güvən" hədəfdə.
Lenin kütləyə güvənlə "proletarlar birləşin" demişdi.
70 ildə 28 aprel bayramında var olan hazırlıqlar yox idi. Bu gün Muzey mərkəzinin qarşısında bir tək TEDxBakı- nin "Düşünənlərə güvənin" sloqanı var idi.
Səs pozuldu, səsləndirmə muzeyin elektrik xətti ilə qısa qapanmlar yaratdı. 
Hər kəsin gözündə bir işıq var. Dinləmək, anlmaq, öyrənmək.. və əsas olan arayıb tapmaq istəyi.
Hələ ki, bu qısa qapanmaları yaşamağa məhkumuq!.
Oldu.
Daha bir TEDxBakı .
Mustafa ilə şəhəri gəzdik, danışdıq, dəyərləşdik.
TEDxBakı "paylaşmağa dəyəcək dəyərlər"i ilə öz yolunda. Uzun bir yol. Bu yolda bizimlə var olan necələr var? Bilmirik. Doğrularla düşünüb, yalanlarla yaşamaq mümkün deyil. Təşəkkürlər, dostlar.
Bitmədi.
TEDxBakı videolarını gözləyin.

Apr. 27th, 2012

"Meşə" yarpağı

Biz meşə kimi tanıdıq. Orman deyir anadolu türkü. Qədim yazılarımızda  ormandır.
Bəs meşə nədir?
Bu ifadə nə zamandan bəri bizimlədir? Bilmirəm. Amma bilirəm ki, bu ifadə son yüzilliyin icadıdır.
Türkiyə türkcəsində "meşə" palıd ağacına deyərlər.
Dövlət gerbimizdə bir yanı "meşə"- palıd yarpağı olan Biz varıq. Bu "Biz" də yaddaşımızda olan PALID nəyi tanıdır,bilirikmi?
Xəzərlərdən qalma bir yaddaş "meşə"-palıd sevgisi dəyərləşdirir. 
Hacıəmi müəllimlə ilə keçmişləri xatırlayırdıq. Gerbimizdə durduq. "Bizi "tabut"a gerbimizlə qoydular. O palıd yarpağı nə qədər ki,bizmlədir, tabutdayıq" dedi.
Durdum, dondum. Nədən tabut?. Onlar ölülərini son mənzilə yola salarkən tabutun üzərinə palıd yarpağı qoyarlar.
Kimdi onlar?
"Telenqatordur müəllifi gerbimizin" dedi. 
"Azərbaycan Respublikasının  Dövlət gerbi onun dövlət müstəqilliyinin müqəddəs rəmzlərindən biridir. 
Gerb sözü Avropa mənşəlidir, hərfi mənada «vərəsəlik», müasir dövlətçilik termini kimi isə müəyyən  bir 
dövlətin, şəhərin, nəslin fərqləndirici rəmzi (nişanı) anlamında olub,  əsasən, bayraqda, möhürdə, pul 
vahidlərində və s. əks etdirilir. Gerb, onun mənşəyi, gerbdə əks olunan simvolların məna və funksiyası, gerbin 
komponentləri, quruluşu, sistemi və s. məsələlərlə heraldika sənəti məşğul olur. Heraldikaya bəzən köməkçi 
tarix fənni olan gerbşünaslıq da deyilir və hərfi mənada «carçı», «xəbərçi» anlamındadır"
"Xəbərçi"mizdə yaddaşlaşan "palıd yarpağı"na necə don geydirək? Deyə bilərik ki, bu bizim ormanların- meşələrin carçısıdır bu yarpaq? Deyə bilərik ki,...Telenqator nə demək istəyirdi, bilirikmi?
Bir süryani dilini biləndən "meşə" nə anlama gəlir soruşun. O bilir. Müqəddəs yarpağın nə qədər qədimlərdən gəldiyini və anlam verdiyini deyəcək. Mən də axtarıram. Bizim palıd, bizim meşə, bizim gerb, bizim düşüncə...Və biz. Bəlkə oyanaq?

Previous 10