?

Log in

No account? Create an account
Previous Entry Share Next Entry
Mənim türklüyüm...
idrisheyderli
Ağıl bilr ki,mən nə deyirəm,
Bu işarədən mənim məqsədim nədir.
Yoxluq məni sındıra bilməz.
Mənim gileyim gileylənə bildiyim kəslərdəndir..
Mənim TURKLÜYÜMÜ Həbəşistanda almırlar,
Odur ki, mənim ləzzətli dovğamı yemirlər...

Nizami Gəncəvi "Yeddi gözəl"i başlayanda özünü belə tanıdır.Milli kimlik və taix yaşantılarını anlamaq istəyən hər bir insan üçün Nizami millətlərin təfsilatını var olduğu kimi yazan ilk müəllifdir.Türkü,farsı,ərəbi,hindi,rumlunu,rusu..tarix və zaman içində millətlərin keçdiyi yolu tanımaq istəyiriksə Nizamini anlamaq və tanımaq məcburiyyətindəyik.

  • 1
Nizaminin bu misrasını "Mənim TURKLÜYÜMÜ Həbəşistanda almırlar," haradan götürmüsünüz?

Nizami Gəngəvi "Yeddi gözəl".Əsərin yazılma səbəbini anladan bölümündə.

Ona görə təəccüblənirəm ki, bu boyda şeyi yəni görməyiblər?!

AzVikidə nə vaxtdandır mübahisələr səngimir:

http://az.wikipedia.org/wiki/M%C3%BCzakir%C9%99:K%C3%BCrdl%C9%99r

Bizlər Nizamini deyil,onu tərcümə adı ilə məhv edənlərin əsərlərini tanıyırıq "Xəmsə" adı ilə..Farsi anlamasanız o zaman ancaq filoloji tərcümələri oxuyun.Hər bir əsərində Nizamı öz türklüyünü danışır.Nizamı haqqinda yazılanları oxuyub,nəticə danışanlar isə..Nizamini doğru düzgün mütaliə etməyənlərdir.Təşəkkürlər..

Sag olun,xatirlatdiginiz uchun.

Boynuma alıram, Nizaminin əsərlərini tərcümədə belə oxumamışam. Onun anasının kürd olduğunu deyirlər. Bu haqqda nə düşünürsünüz?

təşəkkürlər.müqayisə edin.
Buxaralı, gilək, kürd və xəzərli
Bir parça çörəyi tutmuş dörd əlli.
Başqa ot göyərməz Mazandaranda,
Tikanlı qanqallar göyərir onda. bu şair tərcüməsidir.Filoloji ,yəni sətri tərcümə:Buxaralı ,Xəzərli,gili və Kürd ,Bir tikə çorək üçün dördü də kiçilir.Mazandaranda elə bir ot bitməz ki,onun ətrafında yüz nizə sancılmasın.. Nizami kimliyi sadəcə onun əsərlərində tanınır.O kürdü də,farsı da ,rumlunu da,hindi də təsvir edir və milli keyfiyyətlərini anladır.Düşüncə ,anlam və baxış acısından mən onu bir türk kimi tanıyıram.

  • 1